An-Nisa surəsi, ayə 109

4:109

هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ جَٰدَلۡتُمۡ عَنۡهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنۡهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيۡهِمۡ وَكِيلٗا ١٠٩

Hā'antum hā'ulā'i jādaltum 'anhum fil-hayawātid-dunyā faman yujādilullāha 'anhum yawmal-qiyāmati am man yakūnu 'alayhim wakīlā

Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcəkdir, yaxud onlara kim vəkil olacaqdır?

Təfsir

Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan öt­rü mü­­bahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.