An-Nisa surəsi, ayə 108

4:108

يَسۡتَخۡفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسۡتَخۡفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمۡ إِذۡ يُبَيِّتُونَ مَا لَا يَرۡضَىٰ مِنَ ٱلۡقَوۡلِۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطًا ١٠٨

Yastakhfūna minan-nāsi walā yastakhfūna minallāhi wahuwa ma'ahum idh yubayyitūna mā lā yardā minal-qawli wakānallāhu bimā ya'malūna muhītā

Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, (onu) insanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah onların nə etdiklərini əhatə edəndir.

Təfsir

Onlar günah işlətdikdə in­sanlardan qorxub utanaraq onu gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki, Allah onları əhatə etməklə onların yanındadır. Günahkarı müdafiə edib, günahsızı ittiham etmək kimi, Alla­hın razı qal­madığı söz­ləri xəl­vət­də söyləyib, tədbir görməkləri, Allahdan gizli qalmaz. Allah on­­la­rın gizlində və aşkarda nə etdik­lə­rini əha­tə edir, Ona heç bir şey gizli qalmır və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.