وَمَن يَعۡمَلۡ سُوٓءًا أَوۡ يَظۡلِمۡ نَفۡسَهُۥ ثُمَّ يَسۡتَغۡفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورٗا رَّحِيمٗا ١١٠
Waman ya'mal sū'an aw yazlim nafsahū thumma yastaghfirillāha yajidillāha ghafūrar rahīmā
Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər.
Təfsir
Kim pis bir iş görər, yaxud günah edərək öz nəfsinə zülm edər, sonra günahı tərk edib, etdiyi əmələ peşmançılıq çəkib və günahını etiraf edib Allahdan bağışlanma diləyərsə, Allahın daima günahını bağışlayan və ona qarşı rəhmli olduğunu görər.