وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ١٠٢
Wa idhā kunta fīhim fa aqamta lahumus-salawāta faltaqum tā'ifatum minhum ma'aka walya'khudhū aslihatahum fa idhā sajadū falyakūnū min warā'ikum walta'ti tā'ifatun ukhrā lam yusallū falyusallū ma'aka walya'khudhū hidhrahum wa aslihatahum waddal-ladhīna kafarū law taghfulūna 'an aslihatikum wa amti'atikum fayamīlūna 'alaykum maylatan wāhidatan walā junāha 'alaykum in kāna bikum adham mim matarin aw kuntum mardā an tada'ū aslihatakum wakhudhū hidhrakum innallāha a'adda lil-kāfirīna 'adhābam muhīnā
(Ey Muhamməd!) Sən onların (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birgə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərlər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər – (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
Təfsir
Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıldırmaq istədikdə, ordunu iki qisimə böl: onlardan bir dəstəsəninlə birlikdə namaz qılsın, namazda silahlarını da özləri ilə götürsünlər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bunlar namaz qıldıqları zaman o biri dəstə düşmən tərəfdə arxanızda olsun. Sonra müdafiədə duran, namazını qılmamış digər dəstə gəlib imamla birlikdə bir rükət namaz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərlər ki, siz namaz qıldığınız zaman silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə həmlə etsinlər və siz xəbərsiz ikən sizi məğlub etsinlər. Yağış, xəstəlik və s. bu kimi səbəblərdən əziyyət çəkdiyiniz zaman silahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır.