An-Nisa surəsi, ayə 104

4:104

وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ١٠٤

Walā tahinū fibtighā'il-qawmi in takūnū ta'lamūna fa innahum ya'lamūna kamā ta'lamūna watarjūna minallāhi mā lā yarjūna wakānallāhu 'alīman hakīmā

(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. (Fəqət) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Ey Möminlər! Kafirlərdən olan düşməninizi təqib et­mək­də tənbəllik edib zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ölüm və ya yaraya görə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin ağrı-acı çəkdiyiniz kimi ağrı-acı çəkir və sizə baş verən müsibət onlarada baş verir. Elə isə onların səbri sizin səbrinizdən böyük olmasın. Çünki siz Allahdan, on­la­rın nail olmadıqları savaba, köməyə və yardıma nail olursunuz. Allah Öz qullarının halınıdan xəbərdardır və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!