An-Nahl surəsi, ayə 95

16:95

وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥

Walā tashtarū bi'ahdillāhi thamanan qalīlan innamā 'indallāhi huwa khayrul lakum in kuntum ta'lamūn

Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan (savab) sizin üçün daha xeyirlidir.

Təfsir

Allahla bağladığınız əh­di pozaraq ona vəfalı olmayıb, onu ucuz bir dünya malına dəyişməyin. Bilin ki, Allah yanında, sizin üçün dünyada olan zəfər, qənimətlər və axirətdə olan daimi nemətlər əhdinizi pozub əldə etdiyiniz ucuz bir dünya malından daha xe­yir­li­dir.