An-Nahl surəsi, ayə 94

16:94

وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ ٩٤

Walā tattakhidhū aymānakum dakhalā baynakum fatazilla qadamu ba'da thubūtihā watadhūqus-sū'a bimā sadattum 'an sabīlillāhi walakum 'adhābun 'azīm

Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Üstəlik, axirətdə böyük bir əzaba düçar olarsınız.

Təfsir

Andlarınızı nəfsinizin istəyinə tabe olub, istədiyiniz zaman pozub, istədiyiniz zaman da ona vəfalı olaraq, öz aranızda bir-birinizə qarşı hiy­lə vasi­tə­si­nə çevirməyin. Əgər siz belə etsəniz, aya­ğınız doğru yolda möh­kəm dayanmış ikən sü­rüşər, sonra həm özünüzü həm də ki, insanları Allah yolun­dan azdırdığınıza görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də daha böyük bir əzab vardır.