An-Nahl surəsi, ayə 96

16:96

مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦

Mā 'indakum yanfadu wamā 'indallāhi bāqin walanajziyannal-ladhīna sabarū ajrahum bi ahsani mā kānū ya'malūn

Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

Təfsir

Ey İnsanlar! Sahib olduğunuz mal-dövlət, naz-nemətlər nə qədər çox olsa da tü­kə­nəcək, Allah yanında olan mükafat isə daim qala­caq­dır. Elə isə onlar, fani olanı, necə əbədi qalandan üstün tuturlar? Əhdlərində sə­birli olub onları pozmayanlara, etdik­ləri yaxşı əməllərin mükafatını ve­rə­cəyik. Onlara, hər bir yaxşı əməlin qarşılığı olaraq, etdiyi yaxşı əməlin on mislindən, yeddi yüz mislinə qədər hətta bundan da daha çox qarşılığı ve­rilə­cəkdir!