وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١
Wallāhu ja'ala lakum mimmā khalaqa zilālan waja'ala lakum minal-jibāli aknānan waja'ala lakum sarābīla taqīkumul-harra wasarābīla taqīkum ba sakum kadhālika yutimmu ni'matahū 'alaykum la'allakum tuslimūn
Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə (Ona) təslim olasınız (itaət edəsiniz).
Təfsir
Uca Allah günəşin hərarətindən qorunub, kölgələnəsiz deyə, ağaclardan və binalardan sizin üçün kölgələr əmələ gətirdi. Dağlarda sizin üçün soyuqdan, istidən və düşməndən qorunub mühafizə olunasız deyə, mağaralar, kahalar və sığınacaqlar saldı. Sizə soyuqdan və istidən qorunmaq üçün yun, kətan, pambıq paltarlar və döyüş zamanı sizi bir-birinizin zərbələrindən qoruyan və silahın təsiri cisminizə nüfuz etməsinə mane olan zirehli geyimlər verdi. Uca Allah bu nemətləri sizə bəxş etdiyi kimi, daima sizə olan nemətlərini tamamlayır ki, bəlkə Alllaha heç bir şeyi şərik qoşmadan, tək Ona ibadət edəsiniz!