فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢
Fa in tawallaw fa innamā 'alaykal-balāghul-mubīn
Əgər onlar üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar imandan və sənin gətirdiyin dini təsdiq etməkdən üz çevirsələr, bil ki, sənin vəzifən ancaq təbliğ etməklə əmr olunduğun şeyləri aşıq-aydın şəkildə təbliğ etməkdən başqa bir şey deyildir. Onları hidayətə qovuşdurmaq sənin işin deyil.