وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٨٠
Wallāhu ja'ala lakum mim buyūtikum sakanan waja'ala lakum min julūdil-an'āmi buyūtan tastakhiffūnahā yawma za'nikum wayawma iqāmatikum wamin aswāfihā wa awbārihā wa ash'ārihā athāthan wamatā'an ilā hīn
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi.
Təfsir
Uca Allah daşlardan və başqa şeylərdən düzəltdiyiniz evlərinizdə sizə rahatlıq verdi. Sizlər üçün dəvə, inək və qoyun dərilərindən, şəhərdəki evlər kimi, çöllərdə qurulan çadırlar və evlər etdi. Səfərdə ikən dərilərdən qurduğunuz bu evləri bir tərəfdən başqa bir tərəfə aparmaq və istədiyiniz vaxtı bu evləri qurub dağıtmaq sizə çoz rahat gəlir. Ustəlik də sizin üçün qoyunun yunundan, dəvənin tükündən və keçinin qılından müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları, geyib, örtük və başqa şeylər düzəltdi.