وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ٥٧
Wayaj'alūna lillāhil-banāti subhānahū walahum mā yashtahūn
Onlar Allaha qızlar isnad edirlər. (Mələklərin, Onun qızları olduğunu deyirlər). Allah pak və müqəddəsdir. Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər.
Təfsir
Müşriklər Allaha qız uşaqlarını nisbət edir və bunların mələklər olduğuna etiqad edirlər. Özlərinə də oğlan uşaqlarını nisbət edirlər. Özlərinə bəyənmədiklərini, Uca Allah üçün seçirlər. Uca Allah, müşriklərin Ona yaxdıqları iftiralarından pak və müqəddəsdir. Amma özlərinə isə istədiklərini oğlan uşaqlarını məxsus edirlər. Məgər bundan da daha böyük günah ola bilərmi?!