An-Nahl surəsi, ayə 58

16:58

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ ٥٨

Wa idhā busshira ahaduhum bil-unthā zalla wajhuhū muswaddan wahuwa kazīm

Onlardan birinə qızı olması ilə müjdə verildikdə, qəzəbindən üzü qapqara qaralır.

Təfsir

O müşriklərdən birinə qızı uşağının doğulduğunu xəbər verilsə, özünə verilən xəbərin kədərinin şiddətindən üzü qap­qara qaralır, qəlbi qəm-qüssə ilə dolur. Sonra da bu kimsə, özü üçün razı olmadığı bir şeyi Uca Allaha nisbət edir!