An-Nahl surəsi, ayə 30

16:30

۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ٣٠

Waqīla lilladhīnat-taqaw mādhā anzala rabbukum qālū khayral lilladhīna ahsanū fī hādhihid-dunyā hasanatun waladārul-ākhirati khayrun walani'ma dārul-muttaqīn

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir!)”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!

Təfsir

Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilərə: "Allah, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmiş­dir?" – deyildikdə, onlar: "Allah ona böyük bir xeyir nazil et­mişdir!" – deyərlər. Bu dünyada Allaha layiqincə ibadət edib və insanlarla gözəl əxlaqda muamilə edən kimsələr üçün zəfər, bol-bol ruzi olmaqla və s. bu kimi gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Uca Allahın axirətdə onlara verəcəyi savab, dünya həyatında onlara bəxş etdiyi nemətlərdən qat-qat xe­yir­li­dir. Axirət yurdu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən təqva sahibləri üçün necə də gö­zə bir yurddur!