An-Nahl surəsi, ayə 27

16:27

ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ٢٧

Thumma yawmal-qiyāmati yukhzīhim wayaqūlu ayna shurakā'iyal-ladhīna kuntum tushāqqūna fīhim qālal-ladhīna ūtul-'ilma innal-khizyal-yawma was-sū'a 'alal-kāfirīn

Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?!” Elm verilmiş kimsələr deyəcəklər: “Bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcəkdir!”

Təfsir

Sonra Qiyamət günü Allah onlara əzab verib, rüsvay və zəlil edəcək və onlara belə deyə­cəkdir: "İbadətdə Mənə ortaq qoşduğunuz, peyğəmbərlərimə və möminlərlə onların səbəbi ilə düşmənçilik etdiyiniz şə­riklərim harada­dır?" Rəbbani alimlər belə deyəcəklər: "Şübhəsiz ki, qiyamət günü rüs­vay­çılıq və əzab yalnız kafir­lərə üz ve­rə­cəkdir!"