ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨
Alladhīna tatawaffāhumul-malā'ikatu zālimī anfusihim fa alqawus-salama mā kunnā na'malu min sū'i balā innallāha 'alīmu bimā kuntum ta'malūn
Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqda, onlar təslim olub: “Biz heç bir pislik etmirdik!”– (deyəcəklər. Onlara belə deyiləcək:) “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Təfsir
Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, Allaha küfr edib öz nəfslərinə zülm edən kimsələrin canını aldıqda, özlərinə gələn ölümə təslim olub, boyun əyər və inkar etməylərinin özlərinə fayda verəcəyini zənn edərək, dünya həyatında etdikləri küfür və asilikləri inkar edəcəklər. Onlara: "Yalan söyləyirsiniz. Siz Allaha qarşı asiliklər etdiyiniz zaman kafir idiniz. Şübhəsiz ki, Allah sizin dünyada nələr etdiyinizi bilir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını verəcəkdir!" – deyiləcəkdir.