قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٦
Qad makaral-ladhīna min qablihim fa atallāhu bunyānahum minal-qawā'idi fakharra 'alayhimus-saqfu min fawqihim wa atāhumul-'adhābu min haythu lā yash'urūn
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.
Təfsir
Onlardan öncəki kafirilər də özlərinə göndərilən peyğəmbərlərə qarşı hiylələr qurmuşdular. Allah onların tikililərini özülündən dağıtdı, beləcə, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Onlar tikdikləri binalarının, özlərini qoruyacağını zənn eirdilər. Amma onlar tikdikləri binaları ilə birgə məhv oldular.