أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨
Ulā'ikal-ladhīna taba'allāhu 'alā qulūbihim wasam'ihim wa absārihim wa ulā'ika humul-ghāfilūn
Bunlar, Allahın, qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurduğu kimsələrdir. Onlar əsl qafildirlər.
Təfsir
İman etdikdən sonra İslamdan dönüb mürtəd olanlar, Allahın, qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kimsələrdir ki, onlar öyüd-nəsihət anlamaz, haqqı eşidib ondan faydalanmaz və Allaha iman etməyə dəlalət edən açıq-aydın möcüzələri görüb iman gətirməzlər. Məhz belə kimsələr, xoşbəxtlik və səadət səbəblərindən və Allahın onlar üçün hazırladığı əzabdan əsl qafil olan kimsələrdir!