An-Nahl surəsi, ayə 109

16:109

لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩

Lā jarama annahum fil-ākhirati humul-khāsirūn

Heç şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır.

Təfsir

Həqiqətən, onlar, iman etdikdən sonra kafir olduqlarına görə, özlərinə zərər verərək Qiyamət günü ən çox ziyana uğrayan kimsələrdir! Əgər onlar imanlarında sabitqədəm olsaydılar, Cənnətə daxil olardılar!