ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧
Dhālika bi annahumustahabbul-hayawātad-dunyā 'alal-ākhirati wa annallāha lā yahdil-qawmal-kāfirīn
Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına görədir. Allah kafir qövmü doğru yola yönəltməz.
Təfsir
Onların mürtəd olub İslam dinindən çıxma səbəbi, Allaha qarşı etdikləri küfrə əvəz olaraq fani dünya həyatında əldə etdikləri keçici dünya malını axirət həyatından üstün tutduqlarına görədir. Həqiqətən, Allah, kafir qövmü doğru yola müvəffəq etməz, əksinə onları rəzil və rüsvay edər!