مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ١٠٦
Man kafara billāhi mim ba'di īmānihī illā man ukriha waqalbuhū mutma'innu bil-īmāni walākim man sharaha bil-kufri sadran fa'alayhim ghadabum minallāhi walahum 'adhābun 'azīm
Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər müstəsna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.
Təfsir
Allaha küfr etmək məcburiyyəti qarşısında qalaraq, qəlbi imanla sabit olduğu halda, dili ilə küfr sözünü söyləməyə məcbur edilən və qəlbindəndə onu təsdiqləməyən kəslər müstəsna olmaqla, kim Allaha iman gətirdikdən sonra qəlbini küfrə açaraq, öz ixtiyarı ilə Allaha küfr etməyi seçib, küfr sözünü söyləyərsə, o, mürtəd olub, İslamdan çıxar və Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır!