An-Nahl surəsi, ayə 104

16:104

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤

Innal-ladhīna lā yu'minūna bi'āyātillāhi lā yahdīhimullāhu walahum 'adhābun alīm

Allahın ayələrinə inanmayanları Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır.

Təfsir

Uca Allahın ayələrinin Allah yanından nazil edilməsinə inan­ma­yan­la­r bu əməllərində israrlı olduğu müddətcə, əlbəttə ki, Allah onları doğ­ru yo­la müvəffəq etməyəcəkdir. Onlar Allaha küfr edib, Onun ayələrini yalan saydıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab var­dır!