An-Nahl surəsi, ayə 100

16:100

إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠

Innamā sultānuhū 'alal-ladhīna yatawallawnahū walladhīna hum bihī mushrikūn

Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.

Təfsir

Onun hakimiyyəti yal­nız vəsvəsə verməklə onu özünə dost tutanlar və azğınlıqda ona tabe olanlar, üstəlik, onları azdırdığına görə Allahdan başqasına ibadət edərək Ona şərik qo­şanlar üzərin­də ola bilər!