ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ ٥٢
Alladhīna ātaynāhumul-kitāba min qablihī hum bihī yu'minūn
Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.
Təfsir
Quranın nazil edilməsindən öncə Tövrata iman etməkdə sabit qalanlar, öz kitablarında Quran barədə verilən xəbərləri və onun sifətlərini görüb, oxuduqları üçün ona da iman edərlər.