فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ ٤٨
Falammā jā'ahumul-haqqu min 'indinā qālū lawlā ūtiya mithla mā ūtiya mūsā awalam yakfurū bimā ūtiya mūsā min qablu qālū sihrāni tazāharā waqālū innā bikullin kāfirūn
Tərəfimizdən onlara (Məkkə əhlinə) haqq (Quran və Muhamməd) gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!”– demişdilər”. (Həmçinin:) “Biz heç birinə inanmırıq!”– demişdilər.
Təfsir
Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Qureyşə Rəbbinin elçisi olaraq gəldiyi zaman Qureyş yəhudilərin yanına gəlib onlardan Muhəmməd (sallallahu aleyhi və səlləm) barədə soruşdular. Yəhudilər də Muhəmmədin (sallallahu aleyhi və səlləm) dəvətinin qarşısını almaq məqsədi ilə onlara hüccət öyrətərək belə dedilər: "Muhəmmədin, Rəbbinin elçisi olduğuna dəlalət edən, Musaya verilən: parlaq əl və əsa kimi möcüzələr verildimi?" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məgər elə yəhudilər daha öncə Musaya verilən möcüzələri inkar etmədilərmi?!" Məğər onlar Tövrat və Quran barədə: "O ikisi də bir-birini dəstəkləyən iki sehrdən başqa bir şey deyil, biz nə Qurana, nə də Tövrata inanrıq deməmişdilərmi?!"