قُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٩
Qul fa tū bikitābim min 'indillāhi huwa ahdā minhumā attabi'hu in kuntum sādiqīn
De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”
Təfsir
Ey Peyğəmbər! Onlara belə de: "Əgər Tövrat və Quranın sehir olduğuna dair iddanız doğrudursa, Allah tərəfindən endirilmiş Tövrat və Qurandan da daha doğru olan bir kitab gətirin. Əgər siz, elə bir kitab gətirsəniz, bu zaman mən ona tabe olaram!"