وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ٢٠
Wajā'a rajulum min aqsal-madīnati yas'ā qāla yāmūsā innal-mala'a ya'tamirūna bika liyaqtulūka fakhruj innī laka minan-nāsihīn
Şəhərin kənarından bir kişi tələsik gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! Mən sənə nəsihət edənlərdənəm!”
Təfsir
Musanın qibtini öldürməsi xəbəri bütün şəhərə yayıldıqda, şəhərin kənarından bir kişi, Musanın düşmənləri tərəfindən ələ keçməsindən qorxaraq tələm-tələsik Musanın yanına gəlib ona belə dedi: "Ey Musa! Firon qövmünün zadəganları hal-hazırda səni öldürmək üçün məşvərət edirlər. Tez bu şəhəri tərk edib, buradan çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdən və səni tutub öldürmələri üçün sənə nəsihət edənlərdənəm!"