Al-Qasas surəsi, ayə 19

28:19

فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ ١٩

Falammā an arāda an yabtisha billadhī huwa 'aduwwul lahumā qāla yāmūsā aturīdu an taqtulanī kamā qatalta nafsā bil-amsi in turīdu illā an takūna jabbāran fil-ardi wamā turīdu an takūna minal-muslihīn

(Musa) hər ikisinin də düşməni olan kəsi (qibtini) yaxalamaq istədikdə, o (qibti) dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.

Təfsir

Musa - aleyhissəlam - özünə və İsrail oğullarından olan kişiyə düşmən olan qibtini ya­xa­la­maq is­tə­diyi zaman, İsrail oğullarından olan kişi Musanın: "Doğrudan da sən, açıq-aşkar bir azğınsan"- dediyini eşidib, Musanın onu yaxalamaq istədiyini zənn edərək Musaya belə dedi: "Ey Mu­sa! Dünən bir kişini vu­rub öl­dürdüyün ki­mi, bu gün də məni elə öl­dür­mək­ istəyirsən? Sən heç də düşmən olan insanlar arasında islah edən kimsələrdən biri deyilsən. Sən ancaq yer üzün­də insanları öldürən və onlara zülüm edən zalım bir kimsə ol­maq is­təyirsən!"