فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢١
Fakharaja minhā khā'ifan yataraqqabu qāla rabbi najjinī minal-qawmiz-zālimīn
(Musa) qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi.
Təfsir
Musa, ona nəsihət edən kişinin sözünə qulaq asıb, qorxu içində, ətrafa göz qoya-qoya şəhərə çıxdı və başına nə gələcəyini gözləyərək Rəbbinə dua etdib belə dedi: "Ey Rəbbim! Məni zalım qövmün əlindən qurtar və mənə onların bir pisliyi toxunmasın!"