Al-Qasas surəsi, ayə 18

28:18

فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ ١٨

Fa asbaha fil-madīnati khā'ifan yataraqqabu fa idhal-ladhistansarahū bil-amsi yastasrikhuhū qāla lahū mūsā innaka laghawiyyum mubīn

Beləliklə, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.

Təfsir

Musa o qibtini öldürdükdən sonra qorxu içində, nələr olacağını gözləyərək, ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­ də gördü ki, dü­nən qibtilərdən olan düşməninə qarşı ondan yardım istəyən kimsə, bu gün başqa bir qibtiyə qarşı ona yardım etməyə çağırır. Bunu görən Musa ona: "Şübhəsiz ki sən, açıq-aşkar yo­lunu az­mışın biri­sən!" – dedi.