فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ٢٣
Faqadarnā fani'mal-qādirūn
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
Təfsir
Biz ana bətnində olan körpənin biçimini, qədd-qamətini, rəngini və s. yaratmağa qüdrətimiz çatdı. Bütün bunları yaratmaq üçün nə gözəl qadir olanlarıq Biz!