Al-Munafiqun surəsi, ayə 3

63:3

ذَٰلِكَ بِأَنَّهُمۡ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ ٣

Dhālika bi annahum āmanū thumma kafarū fatubi'a 'alā qulūbihim fahum lā yafqahūn

Bu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar.

Təfsir

Bu onların yalandan iman gətirmələri və bu iman onların qəlblərinə çatmamaları, sonra da gizlində Allaha küfr etdələri səbəbilədir. Küfr etdiklərinə görə onların qəlbinə möhür vurulmuş və bundan sonra ora iman əsla daxil olmayacaqdır. Münafiqlərin qəlbinə möhür vurulduğuna görə, hansı əməlin onları islah edəcəyini və doğru yola yönəldəcəyini anlamazlar.