Al-Munafiqun surəsi, ayə 4

63:4

۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ٤

Wa idhā ra'aytahum tu'jibuka ajsāmuhum wa in yaqūlū tasma' liqawlihim ka annahum khushubum musannadatun yahsabūna kulla sayhatin 'alayhim humul-'aduwwu fahdharhum qātalahumullāhu annā yu'fakūn

(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!

Təfsir

Ey müşahidə edən kəs! Sən o münafiqlərə baxdıqda onların zahiri görünüşü və bədən quruluşu, onların gümrah və xoş gün-güzəran içində olması sənin xoşuna gəlir, habelə, danışdıqları zaman onların bəlağətli danışığına qulaq asırsan. Ey Peyğəmbər! Onlar sənin məclisində sanki divara söykədilmiş dirəklər kimidirlər, heç nə başa düşmür və heç nə qəbul etmirlər. Qorxaqlıqlarından dolayı hər bir səsin özlərinə qarşı olduğunu zənn edirlər. Onlar əsl düşməndirlər. Ey Peyğəmbər! Sən onlardan həzər et ki, sənin sirrini yaymasınlar və sənə hiylə qurmasınlar. Allah onlara lənət etsin! Allahın açıq-aydın dəlil-sübutları olduğu halda, gör imandan necə üz çevirirlər!