Al-Mu'minun surəsi, ayə 67

23:67

مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ ٦٧

Mustakbirīna bihī sāmiran tahjurūn

Həm də (Kəbə əhlisiniz deyə bununla özünüzü insanlardan üstün görərək) təkəbbürlük edir, gecələr (Kəbənin ətrafında toplanaraq Quran barədə) pis sözlər danışırdınız.

Təfsir

Siz bunu, özünüzün Kəbə əhli olduğunu iddia edib, insanlara qarşı tə­kəb­bürlük göstərərək edirdiniz, əslində siz haram əhli deyilsiniz, bilin ki, haram əhli Allahdan qorxan təqva sahibləridir. Çünki siz gecələr Kəbənin ətrafında toplanıb ya­ra­maz söz­lər söyləyir və ona qarşı heç bir sayğı və ehtiram göstərmirsiniz.