فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ مِن قَبۡلِ أَن يَتَمَآسَّاۖ فَمَن لَّمۡ يَسۡتَطِعۡ فَإِطۡعَامُ سِتِّينَ مِسۡكِينٗاۚ ذَٰلِكَ لِتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ ٤
Famal lam yajid fasiyāmu shahrayni mutatābi'ayni min qabli an yatamāssā famal lam yastati' fa it'āmu sittīna miskīnan dhālika litu'minū billāhi warasūlihī watilka hudūdullāhi walil-kāfirīna 'adhābun alīm
Kim (azad etməyə bir kölə) tapmasa, (qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış miskin yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlardır. Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.
Təfsir
Sizlərdən kimin kölə azad etməyə imkanı yoxdursa, qoy öz anasına bənzətdiyi zövcəsi ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutusun. Kim də iki ay ardıcıl oruc tuta bilmirsə, qoy altmış miskini yedirtsin. Bizim buyurduğumuz bu hökm, sizin bunun Allah tərəfindən əmr edildiyinə iman gətirməniz və Onun əmrini yerinə yetirməniz üçündür. Sizə buyurduğumuz bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır, onları aşmayın. Allahın hökmlərini inkar edən və Onun hüdudlarını keçən kafirlər üçün şiddətli bir əzab vardır.