Al-Mujadilah surəsi, ayə 3

58:3

وَٱلَّذِينَ يُظَٰهِرُونَ مِن نِّسَآئِهِمۡ ثُمَّ يَعُودُونَ لِمَا قَالُواْ فَتَحۡرِيرُ رَقَبَةٖ مِّن قَبۡلِ أَن يَتَمَآسَّاۚ ذَٰلِكُمۡ تُوعَظُونَ بِهِۦۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٣

Walladhīna yuzāhirūna min nisā'ihim thumma ya'ūdūna limā qālū fatahrīru raqabatim min qabli an yatamāssā dhālikum tū'azūna bihī wallāhu bimā ta'malūna khabīr

Qadınlarını zihar edib sonra dediklərindən dönənlər, onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə olaraq) bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.

Təfsir

O kəslər ki, bu çirkin sözü öz qadınlarına deyir, sonra da o qadınlarla yaxınlıq etmək istəyirlər, onlar o qadınlarla yaxınlıq etməzdən əvvəl kəffarə olaraq bir kölə azad etməlidirlər. Zikr olunan bu hökmün sizə əmr edilməsi, sizi bu çirkin əməldən çəkindirmək üçündür. Allah sizin nə etdiyinizdən xəbərdardır, etdiyiniz əməllərdən heç bir şey Ona gizli qalmaz.