Al-Mujadilah surəsi, ayə 5

58:5

إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُواْ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَقَدۡ أَنزَلۡنَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ ٥

Innal-ladhīna yuhāddūnallāha warasūlahū kubitū kamā kubital-ladhīna min qablihim waqad anzalnā āyāti bayyinātin walil-kāfirīna 'adhābum muhīn

Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.

Təfsir

Allah və Onun rəsulu ilə ədavət aparanlar, keçmiş ümmətlərin zəlil və rüsvay olduqları kimi, zəlil və rüsvay olacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Allaha, Onun rəsuluna və Allahın ayələrinə küfr edənləri rüsvay edici bir əzab gözləyir.