Al-Ma'idah surəsi, ayə 96

5:96

أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ٩٦

Uhilla lakum saydul-bahri wata'āmuhū matā'al lakum walis-sayyārati wahurrima 'alaykum saydul-barri mā dumtum huruman wattaqullāhal-ladhī ilayhi tuhsharūn

Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!

Təfsir

Allah sizlərdən yerli və ya müsafir olan­ların özlərinə onda azüqə götürüb faydalanması üçün sizə su heyvanlarını ov etməyi və dənizin sizin üçün diri və ya ölü olaraq çölə ardığını halal etdi. Həcc və ya ömrə ehramda oldu­ğu­nuz müd­dətdə isə quruda ov et­məyi sizə haram etdi. Allahın əmrlərini yerinə yetirib və qadağan etdiklərindən çəkinməklə Ondan qorxun! Qiyamət günü siz yalnız tək Ona tərəf dönəcəksiz və O, əməllərinizin mükafat verəcəkdir.