Al-Ma'idah surəsi, ayə 97

5:97

۞ جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ٩٧

Ja'alallāhul-ka'batal-baytal-harāma qiyāmal lin-nāsi wash-shahral-harāma wal-hadya wal-qalā'ida dhālika lita'lamū annallāha ya'lamu mā fis-samāwāti wamā fil-ardi wa annallāha bikulli shay'in 'alīm

Allah Kəbəni – Beytulharamı, haram ayı, (həcc) qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini anlamanız üçündür. Allah hər şeyi biləndir.

Təfsir

Allah, Haram evi olan Kəbəni namaz, həcc və ümrə kimi dini və haram hüdudları daxilində əmin-amanlıq olması və Ora ruzi olaraq hər cür meyvələr gətirərək insanların dünyavi iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Haram ayları (bu aylar: zülqədə, zülhiccə, muhərrəm və rəcəb aylarıdır) onların əmin-amanlığının təminatı baxımından onlara bu aylarda döyüşməyi qadağan etmək üçün bir vasitə kimi təyin etdi. Kəbəyə gətirildiyi bilinsin deyə, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanlarını sahibinə əziyyət verilməməsi üçün bir vasitə kimi mü­əy­yən etdi. Allahın sizə bəxş etdiyi bu nemət ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi bilən olduğunu an­laya­sınız. Allahın şəriətinin -sizə fayda verib və zərər sizə gəlməzdən əvvəl sizi ondan qoruması üçün- bu cür olması, Onun insanlara nəyin daha faydlı olmasını bildiyinə dəlilidir.