يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ٩٤
Yā'ayyuhal-ladhīna āmanū layabluwannakumullāhu bishay'im minas-saydi tanāluhū aydīkum warimāhukum liya'lamallāhu man yakhāfuhū bil-ghaybi famani'tadā ba'da dhālika falahū 'adhābun alīm
Ey iman gətirənlər! Allah sizi (ihramda ikən) əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla (onu qadağan etməklə) imtahan edər ki, kimin gizlində Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
Təfsir
Ey iman gətirənlər! Allah, Öz qulları arasında kimlərin Allahın elminə kamil şəkildə iman gətirdiyinə görə, Allahı görmədən Ondan qorxan və etdiyi əməllərinin hamısından xəbərdar olan Xaliqindən həzər edib, quruda ov ovlamaqdan çəkinəcək kimsələri tanımaq – onları üzə çıxarmaq, sonra da (Qiyamət günü) haqq-hesaba çəkmək – üçün, siz ehramda ikən, quruda ovlanan – kiçiyini əlinizlə tuta biləcəyiniz, böyüyünü də, nizələrinizlə vura biləcəyiniz – ov heyvanlarını sizə tərəf yönəltməklə sizi sınağa çəkəcək. Hər kim həcc və ya ümrə ziyarətinə niyyət edib ehrama girdikdən sonra həddi aşıb, quruda ov edərsə, Allahın qadağan etdiyi bir əməli etdiyinə görə, Qiyamət günü ağrılı-acılı əzaba düçar olar.