لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٨٩
Lā yu'ākhidhukumullāhu bil-laghwi fī aymānikum walākin yu'ākhidhukum bimā 'aqqattumul-aymāna fakaffāratuhū it'āmu 'asharati masākīna min awsati mā tut'imūna ahlīkum aw kiswatuhum aw tahrīru raqabatin famal lam yajid fasiyāmu thalāthati ayyāmin dhālika kaffāratu aymānikum idhā halaftum wahfazū aymānakum kadhālika yubayyinullāhu lakum āyātihī la'allakum tashkurūn
Allah sizi, qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz, lakin O sizi, qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on miskin yedirtmək, yaxud (on miskin) geyindirmək, yaxud da bir kölə azad etməkdir. (Bunları) tapmayan kəs üç gün (ardıcıl) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə şükür edəsiniz.
Təfsir
Ey Möminlər! Allah sizi qəsdiniz olmadan dilinizdən çıxan andlara görə hesaba çəkməz, lakin O, sizi qəsdlə qəlbinizdən gələn içdiyiniz andı pozduğunuza görə hesaba çəkəcəkdir. Qəsdən and içdikdən sonra andınızı pozsanız, üç şeydən istədiyiniz hər hansı birin etməklə pozduğunuz andın günahını yuyua bilərsiniz, bunlar: yaşadığınız yerdə insanların yediyi orta hesabı dəyərində hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirmək yaxud insanların adətində paltar adlanan geyimlə onları geyindirmək və yaxud da bir mömin qul azad etməkdir. Andını pozmuş şəxs kəffarə vermək üçün bu üç şeydən hər hansı birini tapmazsa, o zaman həmin şəxs onu əvəzinə üç gün oruc tutmalıdır. Ey Möminlər! Bu, Allaha and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Yalandan və çox sayda Allaha and içməkdən çəkinərək andlarınızı qoruyun, andı xeyir səbəbdən pozmaq istisna olmaqla, içdiyiniz anda vəfalı olun, xeyir işlər görün və andlarınızın kəffarəsini verin! Allah sizə andın kəffarəsini bəyan etdiyi kimi, Öz halal və haram hökmlərinidə sizə bu cür bəyan edir ki, bilmədiklərinizi sizə öyrətdiyi üçün bəlkə Allaha şükür edəsiniz.