وَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ٨٨
Wakulū mimmā razaqakumullāhu halālan tayyiban wattaqullāhal-ladhī antum bihī mu'minūn
Allahın sizə halal və təmiz olaraq bəxş etdiyi ruzilərdən yeyin və iman gətirdiyiniz Allahdan qorxun!
Təfsir
Qəsb edərək haram yolla əldə etdiyiniz və ya təmiz olmayan və s. bu kimi qidalarla deyil, Allahın sizə Öz ruzisindən əta etdiyi nemətlərin halal və pak olanından yeyin və iman gətirdiyiniz Allahın əmrlərini yerinə yetirib və qadağanlarından çəkinməklə Ondan qorxun. Çünki Allaha iman gətirməniz Ondan qorxmağı tələb edir.