۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٨٢
Latajidanna ashaddan-nāsi 'adāwatal lilladhīna āmanul-yahūda walladhīna ashrakū walatajidanna aqrabahum mawaddatal lilladhīna āmanul-ladhīna qālū innā nasārā dhālika bi anna minhum qissīsīna waruhbānan wa annahum lā yastakbirūn
(Ey Muhamməd) Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. “Biz nəsraniyik!”– deyənləri isə sevgi baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərməzlər.
Təfsir
Ey Peyğəmbər! Yəhudilərin qəlblərindəki kin, paxıllıq, kibr üzündən, həmçinin Allaha şərik qoşaraq bütlərə və s. əşyalara ibadət edən müşriklərin sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. Özləri barədə: "Biz nəsranilərik!"– deyənləri isə sevgi baxımından sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə ən yaxın olduğunu görəcəksən. Onların möminlərə olan sevgisinin səbəbi, aralarında alimlərin və abidlərin olması və özlərinin təkəbbürlükdən uzaq təvazökar olmasına görədir, çünki xeiyr təkəbbürlük edən kimsənin qəlbinə çatmaz.