وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ ٨٣
Wa idhā sami'ū mā unzila ilar-rasūli tarā a'yunahum tafīdu minad-dam'i mimmā 'arafū minal-haqqi yaqūlūna rabbanā āmannā faktubnā ma'ash-shāhidīn
Allahın elçisinə nazil ediləni (Quranı) eşitdikləri zaman, haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar (belə) deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!
Təfsir
Nəcaşi və onun havadarları kimi insanların qəlbləri yumşaq insanlardır. Çünki onlar, Qurandan nazil edilən ayələri eşitdikdə İsaya - aleyhisssəlam - nazil edilən İncildən xəbərləri olduqları üçün, Quranın Allahdan olduğunu bildiklərinə görə Allah qorxusundan ağlayaraq: "Ey Rəbbimiz! Biz Sənin rəsulun Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyinə iman gətirdik. Ey Rəbbimiz! Bizi Qiyamət günü insanlara dəlil olacaq Muhəmmədin - sallallahu aleyhi və səlləm - ümməti ilə birgə olanlarla bir yerə yaz!" deyərlər.