Al-Ma'idah surəsi, ayə 81

5:81

وَلَوۡ كَانُواْ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِيِّ وَمَآ أُنزِلَ إِلَيۡهِ مَا ٱتَّخَذُوهُمۡ أَوۡلِيَآءَ وَلَٰكِنَّ كَثِيرٗا مِّنۡهُمۡ فَٰسِقُونَ ٨١

Walaw kānū yu'minūna billāhi wan-nabiyyi wamā unzila ilayhi mat-takhadhūhum awliyā'a walākinna kathīram minhum fāsiqūn

Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu fasiqlərdir.

Təfsir

Əgər bu yəhudilər Allaha və pey­ğəm­bərinə - səllallahu aleyhi və səlləm - həqiqi iman gə­tir­səydilər, heç vaxt müşrikləri özlə­rinə dost tutub, onları sevib və onlara meyil etməzdilər. Çünki yəhudilər kafirləri özlərinə dost tutmaqdan qadağan edilmişdir. La­kin bu yəhudilərin əksəriyyəti Allahın itaətindən çıxmış və möminlərə qarşı düşmənşilik edən kimsələrdir.