قُلۡ أَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا نَفۡعٗاۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٧٦
Qul ata'budūna min dūnillāhi mā lā yamliku lakum darran walā naf'an wallāhu huwas-samī'ul-'alīm
De: “Allahı qoyub, sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir.
Təfsir
Ey Peyğəmbər! Onların Allahdan qeyrisinə etdikləri ibadətin batil olduğunu onlara isbat edərək de: "Sizə nə bir fayda, nə də bir zərər verə bilməyənəmi ibadət edirsiniz?! Onlar sizə fayda və ya zərər verməkdən acizdirlər. Allah isə acizlikdən münəzzəhdir, Allah sözlərinizi eşidəndir, dediyiniz sözlərdən hər hansı biri Allaha qizlin qalmaz. Allah etdiyiniz əməlləridə biləndir, əməllərinizdən də Ona heç bir şey gizli qalmaz. Allah, etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir.