لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ ٧٢
Laqad kafaral-ladhīna qālū innallāha huwal-masīhubnu maryama waqālal-masīhu yābanī isrā'īla'budullāha rabbī warabbakum innahū man yushrik billāhi faqad harramallāhu 'alayhil-jannata wama'wāhun-nāru wamā liz-zālimīna min ansār
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər kafir oldular. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur”.
Təfsir
Həqiqətən, "Allah Məryəm oğlu İsa Məsihdir" – deyən nasranilər, ilahlığı Allahdan qeyrisinə nisbət etdikləri üçün artıq kafir oldular. Baxmayaraq ki, Məryəm oğlu İsa Məsih elə özü onlara demişdir: "Ey İsrail oğulları! Tək Allaha ibadət edin, O, mənim də, sizin də Rəbbinizdir. Biz Ona ibadət etməkdə hamımız eyni səviyyədəyik. Allah, Ona başqasını şərik qoşan kimsəyə əbədi olaraq Cənnətə daxil olmasını haram edər, onun məskunlaşacağı yer Cəhənnəm odudur. Onun Allah yanında nə bir yardımçısı olar, nə də onu gözləyən əzabdan xilas edən bir köməkçisi".