Al-Ma'idah surəsi, ayə 71

5:71

وَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ ٧١

Wahasibū allā takūna fitnatun fa'amū wasammū thumma tāballāhu 'alayhim thumma 'amū wasammū kathīrum minhum wallāhu basīru bimā ya'malūn

Onlar (başlarına) bir bəla gəlməyəcəyini güman etdilər, beləliklə də, kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini görür.

Təfsir

Onlar əhd-peymanı pozmalarının, peyğəmbərləri yalan saymalarının və onları öldürmələrinin onlara heç bir zərəri olmayacağını gü­man etdilər, amma onların başına gözləmədikləri iş gəldi. Beləliklə də haqqı görməkdən gözləri kor ol­du, onlar haqqa yönələ bilməz və haqqı eşitməkdən qulaqları kar oldu, haqqı eşidib onu qəbul edə bilməzlər. Sonra Allah on­lara lütf edərək tövbələrini qə­bul etdi. Bundan sonra onlar yenə də haqqı görməkdən kor və onu eşitməkdən kar oldular. Bu hal onların bir çoxu tərəfindən baş verdi. Allah onların nə et­diklərini görür. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin əməlinin müqabilini verəcəkdir.