Al-Ma'idah surəsi, ayə 73

5:73

لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ ٧٣

Llaqad kafaral-ladhīna qālū innallāha thālithu thalāthatin wamā min ilāhin illā ilāhun wāhidun wa il lam yantahū 'ammā yaqūlūna layamassannal-ladhīna kafarū minhum 'adhābun alīm

“Şübhəsiz ki, Allah üçün üçüncüsüdür!”– deyənlər də, kafir oldular. Halbuki Tək İlahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlar ağrılı-acılı bir əzaba uğrayacaqlar.

Təfsir

Həqiqətən "Allah üç­ ilahdan ibarətdir. Bunlar: Ata, oğul və müqəddəs ruhdur!"– deyən­ nəsranilər ar­tıq kafir ol­du­lar. Allah onların söylədiklərindən uzaqdır, çox ucadır. Allah bir neçə sayda deyil, yalnız O, tək bir İlahdır və Onun heç bir şəriki yox­dur. Əgər onlar söylədikləri bu çirkin sözə son qoy­masalar, mütləq ağ­rılı-acılı əzaba düçar olacaqlar.