لَقَدۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَأَرۡسَلۡنَآ إِلَيۡهِمۡ رُسُلٗاۖ كُلَّمَا جَآءَهُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُهُمۡ فَرِيقٗا كَذَّبُواْ وَفَرِيقٗا يَقۡتُلُونَ ٧٠
Laqad akhadhnā mīthāqa banī isrā'īla wa arsalnā ilayhim rusulan kullamā jā'ahum rasūlu bimā lā tahwā anfusuhum farīqan kaddhabū wafarīqan yaqtulūn
Biz İsrail oğullarından əhd-peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara nəfslərinin xoşlamadığı bir şey gətirdikdə, o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
Təfsir
Biz İsrail oğullarından, eşidib itaət etmələrinə dair möhkəm əhd aldıq. Onlara Allahın şəriətini təbliğ etmək üçün peyğəmbərlər göndərdik. Lakin onlar bu əhdi pozdular və peyğəmbərlərin onlara gətirdiklərindən üz çevirib öz istəklərinin ardınca gedərək peyğəmbərlərin bir qismini yalançı hesab etdilər, bir qismini də öldürdülər.